Modern.az

Müəllimlərimin yolu ilə gedirəm - Yüksək bal toplayan qız

Müəllimlərimin yolu ilə gedirəm - Yüksək bal toplayan qız

Təhsil

19 Aprel 2023, 17:40

Xəbər verdiyimiz kimi, 12 mart tarixində keçirilmiş buraxılış imtahanlarında 4 abituriyent yüksək nəticə (297.5 bal) göstərib. Onlardan biri Sabunçu rayon 169 saylı orta məktəbin şagirdi Quliyeva Ləman Sənan qızıdır.

 

Sevinc təəssüratlarını Modern.az-la bölüşən Ləman imtahanda yüksək nəticə göstərəcəyinə inanmadığını bildirib.


“Çox həyəcanlıyam, 285-dən çox bal toplayacağımı gözləyirdim, amma bu qədər yüksək olacağını düşünmürdüm. Ailəm və dostlarım mənimlə birgə sevinc dolu anlar yaşayır. Hazırda çox sevincliyəm. Şükürlər olsun ki, çəkdiyim əziyyətin qarşılığını gördüm, istədiyimdən də artıq nəticə əldə etdim. Sevincimin həddi-hüdudu yoxdur”.

 

Ləman gələcək planlarından da söz açıb:

 

“Ali məktəblərə qəbul imtahanlarında 1-ci qrupa hazırlaşıram, o biri imtahanda da yüksək nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. İnşallah, mənə bu yolda işıq olan müəllimlərimin yolu ilə getmək istəyirəm. Riyaziyyat müəllimi olmağı arzulayıram. Universitetlər arasında seçimim isə ADA olacaq”.

 

Qeyd edək ki, martın 12-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Bu xəbər ilə bağlı
İmtahan nəticələri AÇIQLANDI - YENİLƏNİB
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi