Modern.az

Brüssel, Kişinyov, sonra İspaniya... - Mişeldən Əliyev və Paşinyana GÖRÜŞ TƏKLİFİ

Brüssel, Kişinyov, sonra İspaniya... - Mişeldən Əliyev və Paşinyana GÖRÜŞ TƏKLİFİ

Aktual

9 May 2023, 11:36

Xəbər verdiyimiz kimi, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, təşkilat İlham Əliyev və Paşinyanın iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüş keçirəcəyini açıqlayıb.

 

Şarl Mişel, həmçinin liderləri daha bir görüşə dəvət edib. Belə ki, bu ilin oktyabr ayında İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək.

 

Avropa İttifaqının saytında bildirilib ki, Mişel Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət edib. 

 

"Şarl Mişel Avropa İttifaqının Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir", - rəsmi açıqlamada deyilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı