Modern.az

“MINEPS 2023” konfransında yekun sənəd qəbul ediləcək

“MINEPS 2023” konfransında yekun sənəd qəbul ediləcək

Aktual

27 İyun 2023, 20:32

“MINEPS 2023” konfransında pandemiyadan sonra insanların aktiv və normal həyata qayıtmasında idmanın rolu müzakirə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov brifinqdə deyib.

 

O bildirib ki, bir ildir konfransa hazırlıq gedirdi:

 

“Burada 124 ölkədən idman nazirləri, nazir müavinləri və bu sahədə məsul olan şəxslər iştirak edir. Eyni zamanda bu toplantı çərçivəsində nazirlər arasında ikitərəfli görüşlər keçirilir. Bu idmanla bağlı məsələləri müzakirə etmək üçün yaxşı platformadır. COVID pandemiyasından sonra normal həyata qayıtmaq üçün idman vacibdir və biz bunu müzakirə edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et