Modern.az

"Qəbələ" Türkiyədə heç-heçə etdi 

Aktual

15 İyul 2023, 19:55

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” komandası ikinci yoxlama oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi “Orenburq”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə bitib. “Qəbələ”nin heyətində Ülvi İsgəndərov fərqlənib.

 

Qeyd edək ki, “qırmızı-qaralar” ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi