Modern.az

PKK liderlərindən biri MƏHV EDİLDİ

PKK liderlərindən biri MƏHV EDİLDİ

16 İyul 2023, 15:24

Türkiyə komandoları İraqın şimalında PKK terror təşkilatının üzvü terrorçu Bilal Onatı havadan dəstəkli əməliyyatla zərərsizləşdirib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Avasin bölgəsində hücuma hazırlaşan bir qrup terrorçu PUA tərəfindən aşkarlanıb.

 

Bölgəyə qarşı hava dəstəkli əməliyyatda terrorçu qrup zərərsizləşdirilərkən terrorçulardan birinin "Devrim Qarzan" kod adlı Bilal Onat və "Sidar Amed" kod adlı Mazlum Yılmaz olduğu müəyyən edilib.

 

Terrorçulardan Onat adlı şəxsin PKK-nın Avasin əyaləti adlanan hökumətinin üzvü olduğu bildirilib.

 

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə terror təşkilatı PKK-nın Zap bölgəsindəki döyüşündən məsul olan Serzan Mava kod adlı Ferit Yüksel gizləndiyi mağarada zərərsizləşdirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi