Modern.az

Su anbarından meyit tapıldı 

Su anbarından meyit tapıldı 

Aktual

16 İyul 2023, 20:50

“Taxtakörpü” su anbarında 1 nəfərin meyiti aşkarlanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Nazirliyin "112" qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

 

Tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi