Modern.az

Müavinətlərin maliyyələşdirilməsinə 181 milyon ayrılacaq

Müavinətlərin maliyyələşdirilməsinə 181 milyon ayrılacaq

14 Noyabr 2023, 16:17

“2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 181,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,6%, yaxud 11,2 milyon manat çoxdur”. 


Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi  haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

 

“Bildirmək istəyirəm ki, büdcənin xərclər hissəsində dair xərclər olaraq nəzərdə tutulmuş vəsaitin məbləği Azərbaycan Respublikası Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla ilk dəfə olaraq dövlət sosial müdafiə fondu büdcəsində xərc istiqaməti kimi nəzərdə tutulub. 

 

Qeyd etmək istərdim ki, cari il ərzində Fondun investsiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə müvafiq normativ-hüquqi baza formalaşdırılmış və cari ilin əvvəlinə Fondun formalaşmış olan 1.050 mln. manat sərbəst vəsaitinin investisiya yönəldilməsi təmin edilib”, - deyə komitə sədri bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir