Modern.az

Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

İqtisadiyyat

9 May 2024, 10:16

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti cüzi artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,66 ABŞ dolları, yaxud 0,8 % artaraq 85,21 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub