Modern.az

Fransada xoruz banlaması, inək böyürməsi ilə bağlı şikayətlərə son qoyuldu

Fransada xoruz banlaması, inək böyürməsi ilə bağlı şikayətlərə son qoyuldu

Aktual

10 Aprel 2024, 08:53

Fransada xoruzların banlaması, inəklərin böyürməsi, traktorların səsi və ya kənd yerlərində peyinin qoxusu artıq hüquqi şikayətlər üçün əsas olmayacaq.

Modern.az xəbər verir ki, bu barədə “The Guardian”ın məlumatımda bildirilib.

Belə ki, Fransa parlamenti əsasən də kənddə dinclik və sakitlik axtaran şəhərdən getmiş narazı qonşuların şikayətlərinə son qoymağa yönəlmiş qanun qəbul edib. Qeyd edilir ki, hər il məhkəmələrə yüzlərlə belə səs-küy şikayətləri edilirdi.

Ədliyyə naziri Erik Dupont-Moretti keçən il qanun parlamentə təqdim edilən zaman demişdi: “Kəndlərə köçənlər onları bəsləyən fermerlərdən həyat tərzlərini dəyişmələrini tələb edə bilməzlər”.

Mart ayında keçirilən illik kənd təsərrüfatı tədbirində bu məsələ müzakirə edildikdə, nazir demişdi ki, “məhkəmələrin inəklərin gecə böyürtülərilə bağlı mübahisələrə baxması sürrealdır. Nə edilməlidir? Onları yuxuya verməlidirlər? Əgər kəndi sevmirsənsə, şəhərdə qalmalısan, kəndə gedirsənsə, onda oranın həyat tərzinə uyğunlaşmalısan”.
 

Bundan sonra Fransada hansısa fermanın, mağazanın, barın və ya restoranın yaxınlığında yaşamağı seçən insanlar səs-küy və ya digər narahatlıqlardan şikayət edə bilməyəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!