Modern.az

Zəngilan və Cəbrayılda sakinlərə şitillər paylandı - FOTOLAR

Zəngilan və Cəbrayılda sakinlərə şitillər paylandı - FOTOLAR

Aktual

10 Aprel 2024, 09:43

Zəngilanın Ağalı və Cəbrayılın Cocuq Mərcanlı kəndlərində sakinlərə həyətyanı sahələrdə yetişdirmək üçün yazlıq tərəvəz şitilləri paylanılıb.

Bu barədə Modern.az-a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyindən məlumat verilib.
 

Ağalı kəndində ümumilikdə 100 mindən çox, Cocuq Mərcanlıda isə 94 mindən çox şitil "GreenTech" MMC tərəfindən sakinlərə hədiyyə edilib.
 

Xatırladaq ki, pomidor, xiyar, bibər, qarpız, yemiş, badımcan, kahı, kələm şitilləri sözügedən şirkət tərəfindən ötən il də sakinlərə təqdim edilmişdi və bu aksiyanın davamlı olması nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!