Modern.az

Aprelin sonuncu bazar günü hava yenə isti olacaq 

Aprelin sonuncu bazar günü hava yenə isti olacaq 

Aktual

27 Aprel 2024, 12:15

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir