Modern.az

ABŞ Səfirliyindən Şuşadakı partlayışa REAKSİYA

ABŞ Səfirliyindən Şuşadakı partlayışa REAKSİYA

27 Aprel 2024, 17:46

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib.

 

"Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - məlumatda bildirilib.

 

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti