Modern.az

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirilib - FOTO

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirilib - FOTO

Aktual

2 May 2024, 15:50

Goranboy rayon İcra Hakimiyyətində,  “ 2024-cü  ilin I rübü ərzində rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi və mədəni sahəsində  görülmüş işlər və bu sahədə verilmiş tapşırıqların icran vəziyyəti barədə”,   icra  başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Şuranın  növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Şuranın üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər.

Şurada, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının icra vəziyyəti,  “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı silsilə tədbirlərin təşkili, rayonun sosial-iqtisadi və ictimai siyasi həyatında əldə olunmuş nailiyyətlər, qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər, Şəhid ailələri və qazilərlə aparılan işlər,  Dövlət və Bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadə vəziyyəti və  rayonun digər həlli vacib məsələləri geniş müzakirə edilib.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının  tərtib edilməsi, Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi