Modern.az

Xəzərdə üzən gəmilərə xəbərdarlıq

Xəzərdə üzən gəmilərə xəbərdarlıq

Analitika

7 Fevral 2023, 10:33

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

 

Xəbərdarlıqda bildirilib ki, gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Həmçinin qeyd edilib ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

 

Bundan başqa, gəmi kapitanlarına külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin təhlükəsiz dayanmalarını təmin etməkləri tapşırılıb.

 

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, bu gün günün ikinci yarısından başlayaraq fevralın 10-u gündüzədək Xəzər dəniz akvatoriyasında şimal-qərb-şimal küləyinin sürətinin 18-23 ms, arabir 25-28 ms-dək güclənəcəyi gözlənilir. Proqnoza əsasən, külək fevralın 8-i gündüzdən 9-u gündüzədək açıq dənizdə arabir 30-35 ms qədər güclənəcək. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?