Modern.az

Yoluxduqdan sonra "buster" doza vurduranların SAYI

Yoluxduqdan sonra "buster" doza vurduranların SAYI

Aktual

22 Fevral 2022, 16:35

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 40 389 vaksin vurulub.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 973, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 33 311, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 156-dır.

 

Vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 777 007, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 566 634, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 196 138 nəfər təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər