“Bu gün Azərbaycan və Rusiya arasında tarixi sənəd imzalanacaq”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirdiyi görüş zamanı bildirib.
“Gündəliyimiz xeyli genişdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyaya səfər edirəm, amma bu, xüsusi bir səfərdir, çünki bu gün biz çox vacib, tarixi sənəd imzalayacağıq”, - Azərbaycan Prezidenti deyib.