Modern.az

Conson Rusiyaya qarşı sanksiyaları AÇIQLADI

Conson Rusiyaya qarşı sanksiyaları AÇIQLADI

Aktual

22 Fevral 2022, 17:15

Britaniya baş naziri Boris Conson Rusiya-Ukrayna böhranı ilə bağlı Nazirlər Kabinetini təcili toplayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir canlı yayımda sanksiyaları açıqlayıb.

 

Baş nazir bildirib ki, Britaniya Ukraynaya hər cür dəstəyi verəcək. O, həmçinin, Ukraynaya silah dəstəyi veriləcəyini bildirib.

 

Conson deyib ki, telefon danışığında Ukrayna prezidentinə öz dəstəyini çatdırıb: 


“Mən  Ukrayna prezidenti ilə telefon danışığımızda ona hamımızın eyni fikirdə olduğunu, bizim sarsılmaz dəstəyimizin olcağını, Britaniya olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyimizi bildirdim”.


Onun sözlərinə görə, hazırkı sanksiyalar ilk addımdır:


“Biz ilk addım olaraq  Kremlinin bütün strateji şəxslərinə, qurumlarına və banklarına qarşı sanksiyalar tətbiq edirik”.

Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı