Brüsseldə Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarından sonra NATO-Ukrayna komissiyasının fövqəladə iclası keçirilir.
Modern.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“Çərşənbə axşamı, 22 fevral 2022-ci il tarixində NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Komissiyasının fövqəladə iclasından sonra NATO-nun mənzil-qərargahında media üçün brifinq keçirəcək”, - məlumatda deyilir.
Qeyd edib ki, fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin "Donetsk və Luqansk Xalq Respublikaları"nın suverenliyini tanıdığını bəyan edib. Onların rəhbərləri ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanıb. Putin Rusiya Xarici İşlər Nazirliyinə "DXR" və "LXR" ilə diplomatik əlaqələr qurmağı, Rusiya Müdafiə Nazirliyinə isə öz ərazilərində sülhün qorunmasını təmin etməyi tapşırıb.