Modern.az

"Marsel" erməni qapıçısını Bakıya gətirməyəcək

Aktual

22 Fevral 2022, 17:57

Fransanın "Marsel" komandası erməni əsilli qapıçısı Manuel Nazaretyanı "Qarabağ"la keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü üçün Bakıya gətirməyəcək.

 

Modern.az-ın məlumatına görə, B siyahısından üçüncü qolkiper qismində kamerunlu Simon Nqapanduetnbu səfər çıxan heyətə daxil edilib.

 

Komandanın A siyahısındakı əsas qapıçıları isə Pau Lopes və Stiv Mandanda olub. Baş məşqçi Xorxe Sampaoli Nazaretyanla yanaşı, yerli qapıçı Fabio Vannini də Marseldə saxlayıb.

 

"Marsel"in yetirməsi olan Nazaretyan 2019-cu ildən gənclər komandasında çıxış edir. O, 21 yaşadək futbolçulardan ibarət Ermənistan millisinin də üzvüdür. Qolkiper həm Ermənistan, həm də Fransa vətəndaşıdır.

 

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı