Modern.az

Ana və iki uşağını öldürən şəxs HƏBS OLUNDU

Ana və iki uşağını öldürən şəxs HƏBS OLUNDU

Aktual

22 Fevral 2022, 18:35

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanlıb.


Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


Əhəd Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...