Modern.az

“Bəyannamə gələcək üçün böyük perspektivlər açır” - Prezident

“Bəyannamə gələcək üçün böyük perspektivlər açır” - Prezident

Aktual

22 Fevral 2022, 21:43

Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə gələcək üçün böyük perspektivlər açır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

 

"Bu sənəd çoxillik birgə işlərə yekun vurmaqla yanaşı, həm də gələcək üçün böyük perspektivlər açır. Biz siyasi əməkdaşlığı quracağıq, əvvəlki kimi beynəlxalq strukturlarda bir-birimizi dəstəkləyəcəyik, eləcə də qarşılıqlı ticarətin həcmini artıracağıq və gündəmdə olan bütün məsələləri həll edəcəyik”, - Prezident İlham Əliyev bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı