Modern.az

Ermənistan “DXR” və “LXR”i tanımayacaq

Ermənistan “DXR” və “LXR”i tanımayacaq

Aktual

23 Fevral 2022, 10:56

“Biz, təbii ki, iki dost dövlət arasında mövcud problemlərin diplomatik dialoq, danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi əsasında həllini arzulayırıq, amma Ermənistanın gündəmində “Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınması yoxdur”.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin katibi Vahan Hunanyan deyib.

 

"Ümid edirik ki, gərginliyin azaldılması və vəziyyətin sülh yolu ilə həlli üçün lazımi addımlar atılacaq", - deyə Hunanyan cavabında bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı