Modern.az

İranla sərhəddə narkotik bağlaması tapıldı - FOTO

İranla sərhəddə narkotik bağlaması tapıldı - FOTO

Aktual

23 Fevral 2022, 11:55

İrandan Azərbaycana 5 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, fevral ayının 20-də saat 00:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb.

 

Keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanan 1 ədəd ağ rəngli bağlamanın içərisində ümumi çəkisi 5 kq 320 qram narkotik vasitəyə (4 kq 795 qr marixuana və 525 qr metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb.

 

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı