Modern.az

Müdafiə Nazirliyi müharibə iştirakçılarının siyahısını hələ də verməyib

Müdafiə Nazirliyi müharibə iştirakçılarının siyahısını hələ də verməyib

Aktual

23 Fevral 2022, 12:44

Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

O qeyd edib ki, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır.

 

“Bu ay ərzində Müdafiə Nazirliyi üzrə şəxslərin siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır", - deyə S.Babayev əlavə edib.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. İndiyə qədər altı qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib. Onlara aylıq təqaüdün verilməsinə başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı