Modern.az

Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Aktual

23 Fevral 2022, 13:46

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Malik Qafarov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

“Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı