Modern.az

“Şuşa 270 il” sənədli filmi çəkiləcək

“Şuşa 270 il” sənədli filmi çəkiləcək

Aktual

25 Fevral 2022, 22:07

Azərbaycanda “Şuşa 270 il” adlı sənədli film çəkiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.

 

Tədbirlər Planına əsasən, 2022-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə “Şuşa 270 il” adlı sənədli film çəkilməsi tapşırılıb.

 

Həmçinin Tədbirlər Planında Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə 2022-ci il ərzində Azərbaycan Dövlət Film Fondunda saxlanılan Şuşa ilə bağlı film və çəkilişlərin bərpası, onların nümayiş etdirilməsi tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər