Kiyev vilayətinin Vasilkov şəhəri uğrunda döyüşlər Ukrayna ordusunun qələbəsi ilə başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç bildirib.
Onun sözlərinə görə, hazırda döyüşlər səngiyib, şəhər ərazisində vəziyyət nəzarət altındadır.
Gecə davam edən döyüşlər nəticəsində ölən və yaralananların sayı açıqlanmayıb.