Modern.az

Narkotik alverçisi TUTULDU

Narkotik alverçisi TUTULDU

Aktual

26 Fevral 2022, 10:53

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb.

 

Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
 
Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı