Modern.az

Metadan Rusiyaya QADAĞA

Metadan Rusiyaya QADAĞA

Aktual

26 Fevral 2022, 11:00

Facebook, Instagram və WhatsApp-ın ana şirkəti olan Meta Platforması Rusiya ilə bağlı elan yayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Meta platforması Rusiya dövlət mediasının dünyanın istənilən yerində öz platformalarında reklam yayımlamasını və ya pul qazanmasını qadağan edəcək.

 

Bu barədə "Facebook"un təhlükəsizlik siyasətinin rəhbəri Nathaniel Gleicher "Twitter" hesabında məlumat verib.


O əlavə edib ki, bu yeni tədbirlər artıq həyata keçirilib və  davam edəcək.


Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı