Modern.az

Cahid Bağcı: Türkiyə Ukraynanı dəstəkləyir” 

Cahid Bağcı: “Türkiyə Ukraynanı dəstəkləyir” 

Aktual

26 Fevral 2022, 12:15

Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.


Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib. 

 

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibə qəbuledilməzdir: “Bu addım beynəlxalq hüquqa ziddir. Bu addım regionun sabitliyinə və təhlükəsizliyinə vurulan ağır zərbədir". 

 

Səfir qeyd edib ki, Türkiyə hələ də Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün vasitəçilik təşəbbüslərini davam etdirir: “Biz bu məsələnin diplomatik yolla həlli üçün əlimizdən gələni edirik".

 

Elmar Hüseynov

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!