Modern.az

Rusiyanın sürətli işğal planı alınmır

Rusiyanın sürətli işğal planı alınmır

Aktual

26 Fevral 2022, 12:19

Son günlər dünyanın gündəmi Ukrayna ilə "qaynayır". Rusiya Prezidenti Vladimir Putin tərəfindən hərbi əməliyyatlara göstəriş verilməsindən sonra Ukraynada partlayış səsləri, atışmalar səngimir. Avropa və Amerika  Ukraynaya kömək etmir. Doğrudur, Rusiyaya sanksiyalar tətbiq edilir, ancaq Rusiya geri addım atmır.

Bəs, Rusiyanın məqsədi nədir və bu vəziyyət nə qədər çəkəcək?


Bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın məqsədi Ukraynanı parçalamaq və burada özünə uyğun hakimiyyət qurmaqdır.
 

 

O, bildirib ki, söhbət Rusiyanın işğalçılıq siyasətindən gedir:

“İşğalçıya qarşı hazırda Ukrayna ordusu və cəmiyyəti müqavimət göstərir. Düzdür, işğalçılar müəyyən əraziləri ələ keçirməyə nail olublar. Amma mən hesab edirəm ki, Kiyev uğrunda döyüşlər hələ də davam edəcək. İşğalçılar asanlıqla qələbə qazana bilməyəcəklər. Əslində, Rusiya hakimiyyəti özünü tələyə saldı. Bütün dünya kiçik istisnalar xaricində Rusiyadan üz döndərdi”.


E. Şahinoğlu Rusiya-Ukrayna gərginliyinin müddəti ilə bağlı bunları deyib:

“Müharibənin nə qədər davam edəcəyi Ukrayna ordusu və cəmiyyətinin müqavimətindən asılıdır. Dünən bəziləri deyirdi ki, səhərə yaxın Kiyev işğal olunacaq. Ancaq indi görürük ki, Kiyev işğal olunmayıb. Müxtəlif məntəqələrdə müqavimət davam edir. Eyni zamanda, Rusiyanın itkiləri çoxalır. Getdikcə Rusiyanın vəziyyəti gərginləşəcək və o çıxış yolu axtaracaq.

Dünən artıq Moskvadan danışıqlara hazır olması ilə bağlı müraciət edildi. Bu onu göstərir ki, Moskvanın Ukraynanı sürətli işğal planı alınmır. Ona görə də, düşünürəm ki, müqavimət bir müddət də davam edəcək”.


Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı