Modern.az

SƏFİR: “Türkiyə sonadək Azərbaycanın yanındadır”

SƏFİR: “Türkiyə sonadək Azərbaycanın yanındadır”

Aktual

26 Fevral 2022, 12:25

Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı siyasətçilər, tarixçilər beynəlxalq platformalarda çox böyük işlər görüblər.


Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı jurnalistlərə açıqlamasında deyib.


Səfir bildirib ki, 26 fevral 1992-ci ildə Xocalıda baş verən soyqırımında 613 nəfər qardaş və bacılarımız şəhid edildiyi üçün Azərbaycan ədalət arayışı ilə bağlı mütəmadi işlər həyata keçirib.


Onun sözlərinə görə, Türkiyə Xocalı soyqırımının tanıdılması ilə bağlı haqlı mübarizədə Azərbaycanın yanında olub:


“Bu gün 4000-ə yaxın Azərbaycanlı qardaş və bacılarımızın aqibəti hələ də bəlli deyil. Söhbət birinci Qarabağ savaşında itkin və girov götürülmüş şəxslərdən gedir. Onların öldüyü və ya sağ olduğu bəlli deyil. Onların  məzarlarının yeri də bilinmir. Xocalıya ədalət haqlı bir mübarizədir. Türkiyə bu mübarizədə də Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq”.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı