Modern.az

Heç nə olmamış kimi davrana bilmərik - Levandovski

Heç nə olmamış kimi davrana bilmərik - Levandovski

Aktual

26 Fevral 2022, 15:32

Ulduz hücumçu Robert Levandovski Polşa Futbol Assosiasiyasının gələn ay Rusiyaya qarşı keçiriləcək dünya çempionatının seçmə oyunundan imtina etməsini yüksək qiymətləndirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının prezidenti “Twitter” hesabında yazıb.

 

“Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün genişlənməsi fonunda Polşa millisi Rusiya Federasiyası ilə oyun keçirməyəcək”. 

 

Almaniyanın “Bavariya” klubunda oynayan Levandovski "Twitter" hesabında azarkeşlərin müharibəyə görə məsuliyyət daşımadığını, ancaq heç nə şey olmamış kimi davrana bilməyəcəklərini qeyd edib.


Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı