Məşhur amerikalı müğənni Madonna Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibəyə etiraz edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni özünün İnstaqram bloqunda qoşunlarını Ukraynaya göndərən Rusiya prezidenti Vladimir Putinə orta barmağını göstərdiyi videonu paylaşıb.
Videoda Madonna Putini Hitler və Leninlə müqayisə edib.
"Rusiyanın Ukraynaya mənasız, tamah əsasında işğalı dayandırılmalıdır. Zəhmət olmasa, bu böhrandan həyatını itirmiş milyonlarla Ukrayna vətəndaşına humanitar yardım göndərin. Putin bütün mövcud insan haqları müqavilələrini pozub. Putinin Ukraynanın varlığını məhv etməyə çalışmaq hüququ yoxdur”, - Madonna yazıb.
O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə edib və bu ölkə üçün dua etdiyini bildirib.
"Biz sizi dəstəkləyirik, prezident Zelenski! Siz və ölkəniz üçün dua edirik! Bu miqyasda geosiyasi aksiyalar qarşısında aciz qalmayacağıq. Bizim edə biləcəyimiz işlər var. Ukraynaya eşq olsun!”.