Rusiya prezidenti Vladimir Putin dünən Ukraynada ordunun irəliləməsinin dayandırılması barədə göstəriş verib ki, danışıqlar aparılsın. Lakin Kiyev bundan imtina edib və əsas qüvvələrimizin yenidən irəliləməsinə qərar verilib.
Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Ukrayna tərəfi danışıqlardan mahiyyət etibarı ilə imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib”, - o, jurnalistlərə bildirib.
Ukrayna tərəfinin Kremlin sözçüsünə cavab verəcəyi gözlənilir.