Modern.az

Rusiyaya daha bir SANKSİYA

Rusiyaya daha bir SANKSİYA

Aktual

26 Fevral 2022, 17:46

“Apple Pay” və “Google Pay” Rusiyaya sanksiya tətbiq edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı sanksiyalara məruz qalan bankların müştərilərinin “Apple” və “Google Pay”dən istifadə edə bilməyəcəklərini açıqlayıb.

 

Rusiyanın beş böyük bankının (VTB Group, Sovcombank, Novikombank, Promsvyazbank ve Otkritie) beynəlxalq əməliyyatları digər ölkələrin sanksiyaları səbəbindən məhdudlaşdırılıb.

 

Bu bankların müştəriləri bundan sonra kartlarından xaricdə istifadə edə bilməyəcək, hətta sanksiya tətbiq olunan ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə onlayn ödənişlər də edə bilməyəcəklər.

 

Rusiya Mərkəzi Bankı həmçinin bildirib ki, beş bank tərəfindən buraxılan kartlar artıq “Apple Pay” və ya “Google Pay” ilə işləmir, çünki hər iki platforma ABŞ-da yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı