Modern.az

Ağsaqqallar “Ana harayı” abidəsini ziyarət etdilər - FOTO

Ağsaqqallar “Ana harayı” abidəsini ziyarət etdilər - FOTO

Aktual

26 Fevral 2022, 19:03

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, təşkilatın Rusiyadakı nümayəndəsi Yusif Əsgərov, həmçinin Bakı şəhərinin  rayonlarının Ağsaqqallar Şuralarının sədr və müavinləri, o cümlədən qurumun Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev və digər rəsmi şəxsləri Zahid Abbasov, Rafiq Rzayev, Elşad Quliyev Xətai rayonunda yerləşən Xocalı parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, abidənin önünə gül dəstələri qoyan Şura üzvləri Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək, uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyiblər.

 

Ziyarət zamanı bir daha vurğulanıb ki, Azərbaycan  xalqı təcavüzkar  erməni silahlı qüvvələri tərəfindən dinc insanlara qarşı törədilmiş bu soyqırımı – Xocalı faciəsini heç zaman unutmayacaq, unutdurmayacaqdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı