Modern.az

Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR

Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR

Aktual

26 Fevral 2022, 19:44

"Dəstəyə görə qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirik".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" hesabında yazıb.

 

"İnsan münasibətlərinin səmimiyyəti məhz çətin anlarda sınanır, çünki əsl dost dar gündə tanınır. Ölkəmizə, igid və yenilməz əsgərlərimizə, düşmənə kişilərlə birlikdə mərdliklə sinə gərən analarımıza, həyat yoldaşlarımıza və bacılarımıza, öz doğma və azad torpağında böyümək, oxumaq istəyən övladlarımıza verdiyi dəstəyə görə qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirik. Vətəndaş mövqeyinizdən təsirləndik və biganə qalmadığınız üçün minnətdarıq. Biz qalib gələcəyik!" - səfir paylaşımında vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı