Modern.az

İlham Əliyev Putinlə danışıqlar APARDI

İlham Əliyev Putinlə danışıqlar APARDI

Aktual

27 Fevral 2022, 00:20

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti rəsmi məlumat yayıb.

 

"Fevralın 22-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-Azərbaycan danışıqlarının davamı olaraq Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunub.

 

Prezidentlər, eyni zamanda Ukraynadakı vəziyyət barədə müzakirələr aparıblar.

 

Qeyd edək ki, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı