Rusiyanın tanınmış aktrisası Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar ianə edib.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqram hesabında məlumat paylaşıb.
"Ukrayna ordusuna 10.000 dollar köçürmə ilə dəstək oldum və sizi də bunu etməyə çağırıram! Və bir daha deyirəm: Bunun baş verdiyinə görə çox təəssüf edirəm. Ürəyim çox pis sıxılır, anlayıram ki, indi ölkənizdə həm sizin, həm bizim oğlanlar ölür. Bəziləri hətta çox gəncdir. Bu faciənin bitməsini ürəkdən istəyirəm”, - aktrisa yazıb.
Axedjakova Ukrayna şəhərlərinin dağıdılmasını, insanların əzilərək pərişan olduğunu görmək istəmədiyini söyləyib.