Modern.az

Köməksiz vəziyyətdə qalanlar xilas edildi

Köməksiz vəziyyətdə qalanlar xilas edildi

Aktual

27 Fevral 2022, 11:34

Fevralın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı şəhərində avtoqəzanın baş verməsi və avtomobildə sıxılı vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.

 

Modern.az-ın xəbərinə görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayılll Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində 3 nəfər vətəndaşın avotomobildə sıxılı vəziyyətdə qalması müəyyən edilib.

 

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə avadanlıqlarından istifadə etməklə müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalmış vətəndaşları operativ qaydada avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!