Modern.az

Lukaşenko Ukraynaya raket atıldığını ETİRAF ETDİ

Lukaşenko Ukraynaya raket atıldığını ETİRAF ETDİ

Aktual

27 Fevral 2022, 13:20

“Bəli, münaqişənin əvvəlində Belarusun cənubundan Ukraynaya 2-3 raket zərbəsi endirilib”.

 

Modern.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. 

 

O fikirlərini belə əsaslandırıb: “Çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib”.

 

Lukaşenko, həmçinin bildirib ki, hazırda Belarus ərazisindən Ukraynaya raketlər atılmır, çünki buna ehtiyac yoxdur.

 

Qeyd edək ki, bu gün Belarus ərazisindən Ukraynaya atılan raketin zərərsizləşdirilməsi barədə məlumat yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı