Modern.az

Ukrayna Rusiyanın məxfi sənədlərini elə keçirdi

Ukrayna Rusiyanın məxfi sənədlərini elə keçirdi

Aktual

27 Fevral 2022, 13:32

Ukrayna Təhlükəsizlik Xidməti xüsusi xidmət orqanlarının və silahlı qüvvələrin Rusiya hərbçiləri haqqında şəxsi məlumatları, habelə bu ölkənin istifadə etdiyi məxfi parol və şifrələri əldə etdiyini bildirib.

 

Modern.az bu barədə UNİAN-a istinadən xəbər verir.

 

Qeyd edilir ki, məlumatlar düşmənin ələ keçirilən danışıqlarının mahiyyətini anlamağa imkan verəcək.

 

Sənədlərə döyüşçülərin və komandirlərin çağırış işarələri ilə döyüş heyəti; Rusiya hərbçilərinin hərəkət sxemləri: hücum, geri çəkilmə, yanacaq doldurma yolları və sair şərti əlamətlər, xüsusən də idarəetmə əmrlərinin dekodlanması daxildir.

 

"Alınan sənədlər məhkəmə üçün sübut bazası olacaq, düşmən işğalçılarının hər bir adını nəzarətdə saxlamağa imkan verəcək və sağ qalan hər kəs mütləq cəzasını alacaq", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı