Modern.az

Səfirlik Ukraynadakı azərbaycanlılara müraciət etdi

Səfirlik Ukraynadakı azərbaycanlılara müraciət etdi

Aktual

27 Fevral 2022, 14:46

Azərbaycanın Ukraynadakı Səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

 

Bu barədə Modern.az-a səfirliyin mətbuat xidmətindən məlumat verilib.

 

"Ukraynanın müxtəlif ərazilərində təhlükəsizlik vəziyyətinin gərgin olduğunu nəzərə alaraq, Azərbaycan Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi tərəfindən öncədən də bildirildiyi kimi, bütün vətəndaşlarımızdan yaşadıqları yerlərdə qalmağı, komendant saatı tələblərinə riayət etməyi, hərbi obyektlərdən və aktiv əməliyyatların getdiyi yerlərdən uzaq durmağı, çox ciddi ehtiyac yaranmadıqca olduqları yeri tərk etməməyi, həmçinin vəziyyətlə bağlı Ukrayna dövlət qurumlarının məlumatlarının, Azərbaycan Xarici İşlər Nazirliyinin və səfirliyin internet səhifələrinin izlənməsini xahiş edirik", - müraciətdə deyilir.

Sizə yeni x var
Keçid et
İran hərəkətə keçdi - Bakıya qarşı şok hücum başladı