Xarkovun müdafiəsi zamanı Boqoduxov Şəhər Şurasının deputatı Sergey Qluşenko həlak olub.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Boqoduxov Şəhər Şurası məlumat yayıb.
Qeyd edək ki, hazırda Xarkov şəhərində şiddətli döyüşlər gedir.
Prezident Ofisinin məlumatına görə, Ukraynanın Xarkov, Çernoqov və Sumı şəhərlərində hərbi obyektlərin olmadığı yerlər hava zərbələrinə məruz qalır. Raket zərbələrinin Belarusdan endirildiyi bildirilir.