Modern.az

Cüdoçularımız Varşavadan 5 medalla qayıdır

Cüdoçularımız Varşavadan 5 medalla qayıdır

Aktual

27 Fevral 2022, 23:04

Cüdo üzrə Azərbaycan milli komandası Varşavada keçirilən açıq Avropa turnirini 5 medalla başa vurub.

 

Modern.az xəbər verir ki, yarışın sonuncu günündə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İmran Yusifov üçüncü yeri tutub. Bununla da komandamızın qazandığı medalların sayı beşə çatıb.

 

Yarışın birinci günündə Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

 

Qızıl medalları yığmamızın aktivinə Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) yazdırıblar. Gümüş medala İsmayıl İbrahimov (66 kq), bürünc medala isə Rövşən Əliyev (60 kq) sahib olublar.

 

Qeyd edək ki, yarışa 13 idmançı ilə qatılan komandamız bu nəticə ilə 32 ölkə arasında üçüncü yeri tutub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı