Modern.az

FİDE də Rusiyaya sanksiyalar qoydu

FİDE də Rusiyaya sanksiyalar qoydu

Aktual

28 Fevral 2022, 09:10

FİFA-nın ardınca FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az-ın məlumatına görə, ali şahmat orqanı Rusiya ilə yanaşı, Belarusda şahmatla bağlı hansısa yarış və tədbirin keçirilməsinə qadağa qoyub.

 

Rusiyadan olan şahmatçılar turnirlərə öz bayrağı altında qatılmaq hüququndan da məhrum olublar. Onlar yerli federasiyanın bayrağı altında çıxış edəcəklər. Həmçinin bu 2 ölkənin dövlət himni də hansısa yarışda səsləndirilməyəcək.

 

FİDE Rusiya və Belarusa aid şirkətlərlə əməkdaşlığa da son qoyub.

 

Bundan əlavə, Ukrayna ilə müharibəni dəstəklədikləri üçün rusiyalı şahmatçılar – Sergey Karyakin və Sergey Şopovun işini FİDE-nin Etika və İntizam Komitəsi araşdıracaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...