Modern.az

Başına boru düşən çilingər öldü

Başına boru düşən çilingər öldü

Aktual

28 Fevral 2022, 09:47

Fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluqdan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində  su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət alıb və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.


Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı