Modern.az

Bakıda teplovozla avtomobil toqquşdu - Ölən var

Bakıda teplovozla avtomobil toqquşdu - Ölən var

Aktual

28 Fevral 2022, 10:04

Bakıda teplovozla avtomobil toqquşub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə fevralın 26-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, maşinst – Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinst köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi, Qala-Binə dəmiryolu mənzilinin 30-cu kilometrliyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil toqquşub. Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Fevralın 27-də N.Fərzəliyev orada ölüb.

 

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...