Modern.az

Narkoman sürücülər cəzalandırıldı

Narkoman sürücülər cəzalandırıldı

Aktual

28 Fevral 2022, 10:24

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Gəncə şəhər sakinləri Sadiq Məmmədovun idarə etdiyi “VAZ-21043” və Sənan Məhərrəmovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşları tərəfindən sürüclərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib olunub.


Fevralın 24-də və 25-də Şəmkir rayon Məhkəməsinin qərarları ilə S.Məmmədov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, S.Məhərrəmov isə 400 manat məbləğdə cərimə olunub.


Rəsmi məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!